"Anam bizi çarpayının altında gizlətmişdi"

Rəqqasə Fatimə Fətəliyeva 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı sosial şəbəkədə paylaşım edib. SİA-nın məlumatına görə, rəqqasə bu sözləri yazıb: "Bu gecəni ölənə kimi unuda bilmərəm. 12 yaşım var idi. Anam bizi çarpayının altında gizlətmişdi. Həmin gecə xəsarət alanlar arasında müğənni Aysel Əlizadənin atası da vardı. Qonşu qalırdıq. Sahib dayını ayağından yaralamışdılar. Şükür ki, yaşadı. Amma o gecənin səhərini Bakımız qanla açdı".

Qeyd edək ki, 1990-cı ilin 19-20 yanvar tarixlərində Bakıda 171 nəfər qətlə yetirilib, 800 insan ağır xəsarət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə