Nizami Kino Mərkəzində komediya filmlərinin nümayişi dayandırıldı

Nizami Kino Mərkəzində 20 Yanvar Ümümxalq Hüzn Günü ilə əlaqədar, komediya filmlərinin nümayişi dayandırılıb. SİA-nın məlumatına görə, həmçinin, kinomərkəz, məlum hadisələri əks etdirən, Ramiz Fətəliyevin ssenarisi əsasında rejissor Nizami Abbasın çəkdiyi "Silahdaşlar " filminin nümayişini repertuara daxil edib.

Seanslar saat 14-30 və 15-30-da keçiriləcək. Filmə giriş sərbəstir.

Bütün xəbərlər Facebook səhifəmizdə