Musiqi məktəbində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb FOTO

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 28 nömrəli uşaq musiqi məktəbi 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar “20 Yanvar- unutmadıq” adlı tədbir keçirib. İdarədən SİA-ya bildirilib ki, əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Musiqi məktəbinin müəllimi Məryəm Nəcəfova tədbirdə 20 Yanvar hadisələri haqqında iştirakçılara məlumat verib. Bildirib ki,1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən Azərbaycan xalqına qarşı terror aktı törədilib. O, faciədən 30 il keçməsinə baxmayaraq, həmin gün yaşanan hadisələrin xatirələrimizdə yaşadığını, qan yaddaşımıza həkk olunduğunu bildirib.

Qeyd edib ki, 20 Yanvar tarixi yalnız faciə deyil, həm şərəf, həm də ləyaqət səhifəsidir.

Sonda “20 Yanvar” faciəsinə həsr olunmuş film təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə