Xalq artisti Vəli Qədimovun xatirəsi anılacaq

Yanvarın 23-də Beynəlxalq Muğam Mərkəzi və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə Xalq artisti, unudulmaz klarnet ifaçısı Vəli Qədimovun 80 illiyinə həsr olunmuş tədbir təşkil ediləcək. SİA-nın məlumatına görə, tədbir çərçivəsində klarnet ustasının həyat və yaradıcılığından bəhs olunacaq.

Qeyd edək ki, Vəli Qədimov görkəmli sənətkar Baba Salahovun rəhbərlik etdiyi ansamblda fəaliyyətə başlayıb. Az vaxt ərzində istedadı ilə ustad sənətkarların diqqətini cəlb edərək xalqın sevdiyi ifaçılardan olub. Mahir klarnet ifaçısı uzun illər SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın ansamblında çalışıb. Onun ifa etdiyi oyun havaları və xalq musiqisi nümunələrinin lent yazıları hazırda Azərbaycan Radiosunun “Qızıl fondu”nda qorunur.

Bütün xəbərlər Facebook səhifəmizdə