“YARAT”da Koreya istehsalı olan film göstəriləcək

Yanvarın 23-də “Artım” layihə məkanında Koreya istehsalı “Bahar, yay, payız, qış və yenə də bahar” filmi nümayiş ediləcək. SİA-nın məlumatına görə, rejissor Kim Ki-dukun ekranlaşdırdığı film Azərbaycan dilində subtitrlərlə izləniləcək.

Film, göl üzərində üzən buddist paqodanın sakinləri ahıl yaşlı rahib və onun gənc tələbəsi haqqındadır. Mövsümlər dəyişdikcə, rahibin uşaqlıqdan tutmuş yetkinlik dövrünə qədər həyat mərhələləri təsvir olunur. Qoca buddist yüksək həqiqətdən müvəqqəti "qişası" ilə bir addım geridə olsa da, mövsümləri geri qaytara bilmədiyi kimi, gənc rahibin də üzləşəcəyi qaçılmaz hadisələrin qarşısını ala bilmir.

Ekran əsəri “Empirik zaman” adlı “YARAT” rezidensiya sərgisinin mövzusu ilə üst- üstə düşür və zamanın subyektiv anlayışını araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə