Xaçmazda 20 Yanvar faciəsi ilə əlaqədar silsilə tədbirlər keçirilib FOTOLAR
Xaçmaz Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar "Müstəqilliyə gedən yol" mövzusunda ədəbi- bədii tədbir keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, Xudat şəhər Folklor evində 20 Yanvar hadisələrinin 30 illiyinə həsr olunmuş "Qanı ilə azadlıq dastanını yazanlar" adlı tədbir keçirilib.
Xaçmaz şəhər Uşaq İncəsənət məktəbində faciə ilə əlaqədar məktəbin şagirdlərinin rəsm əsərlərindən ibarət sərgi təşkil edilib. Xaçmaz Döyüş Şöhrəti muzeyinin əməkdaşları 1990-cı il "Qanlı yanvar faciəsi"nin 30 illiyi ilə əlaqədar Abumüslüm Səlimov adına Xaçmaz şəhər 7 saylı məktəbdə “Qan yaddaşımız" adlı mūhazirə -müzakirə keçirib.
Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində “20 yanvar - Biz tariximizi unutmayaq” adlı ədəbi – bədii kompozisiya keçirilib. Xaçmaz Diyarşünaslıq muzeyi Döyüş Şöhrəti və Xalça muzeyi filialları ilə birgə Z.Abdullayev adına Uzunoba kənd orta məktəbində '20 Yanvar faciəsi"nin 30-cu ildönümünə həsr olunmuş "Azadlıq carçıları" adlı tədbir keçirib.
Quba Heydər Əliyev Mərkəzində Quba Asan Xidmət Mərkəzi, Gənclərin İnkişaf və Karyera mərkəzinin əməkdaşları və könüllüləri və Quba MKS-nin əməkdaşları ilə birlikdə 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “20 Yanvar – qəhrəmanlıq və rəşadət günüdür” mövzusunda tədbir keçirilib.
Quba rayon MKS-nin mərkəzi kitabxanasının oxu zalında 20 Yanvar faciəsinin 30 illiyi ilə əlaqədar “Şəhidlər, tarixləşən istiqlal tariximiz” adlı şeir gecəsi keçirilib. 16.01.2020-ci il tarixdə rayon MKS-nin mərkəzi kitabxanasının uşaq şöbəsinin oxu zalında 20 Yanvar faciəsinin 30 illiyi ilə əlaqədar “20 Yanvar uşaqların gözü ilə” mövzusunda rəsm və kitab sərgisi keçirilib.
Qusar rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar hadisələrinin otuzuncu ildönümünə həsr olunmuş “Tarix unutmayır qəhrəmanları” mövzusunda tədbir keçirilib. Qusar Dövlət Rəsm Qalereyasında faciə ilə əlaqədar rəsm əsərlərindən ibarət sərgi təşkil edilib.
Qusar rayon uşaq incəsənət məktəbində faciənin ildönümü ilə bağlı “Qan yaddaşımız” mövzusunda tədbir keçirilib.
Şabran Tarix Diyarşünaslıq Muzeyində 20 Yanvar Faciəsinin 30 – cu ildönümü ilə əlaqədar “Vətən şəhidləri ilə ucalır” adlı tədbir keçirilib.
Siyəzən rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə “Qara yanvar” adlı sərgi təşkil olunmuş və tədbir keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə