Nazir və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək

Nazir və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 2020-ci ilin yanvar ayının 31-də saat 11:00-da Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində (Sumqayıt şəhəri, Heydər Əliyev parkı, 9-cu mkr., Z.Hacıyev küçəsi, 92) Sumqayıt şəhərindən, Qubadlı və Şuşa rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Nazirlikdən SİA-ya verilən xəbərə görə, həmin gün saat 11:00-da Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Xızı rayon Heydər Əliyev Mərkəzində (Xızı şəhəri, Heydər Əliyev prospekti, 37 ) Xızı rayonundan olan vətəndaşları qəbul edəcək.

2020-ci ilin yanvar ayının 23-də saat 11:00-da Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Abşeron rayon Heydər Əliyev Mərkəzində (Abşeron rayonu, Heydər Əliyev parkı) Abşeron və Zəngilan rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, ex.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə