“20 Yanvar: Azərbaycanın qəhrəmanlıq salnaməsi” FOTO

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “20 Yanvar: Azərbaycanın qəhrəmanlıq salnaməsi” mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, ATMU-nun Tədris işləri üzrə prorektoru, professor Zaur Bağırov o gecə “250 min soydaşımızın Ermənistandakı tarixi ata-baba yurdlarından deportasiyasına və Dağlıq Qarabağ ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə, keçmiş SSRİ rəhbərliyinin ədalətsiz, qərəzli mövqeyinə, hadisələrin təhlükəli istiqamətdə inkişafına etiraz olaraq” vətən övladlarının bir millət olaraq ayağa qalxdığını deyib. Məkrli siyasətin müəllifi- SSRİ rəhbərliyinin yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeridib,əliyalın insanlara divan tutduğunu detallı fakttlarla isbatladı. Z.Bağırov daha sonra “azadlığı, vətən sevgisini şərəf bilən soydaşlarımızın 30 il əvvəl şər qüvvələrə yox deyib, Azərbaycanın müstəqilliyinə canları-qanları bahasına vəsilə olmalarından” söz açıb. “Tarix qəhrəmanlıq səhifələrini təmənnasız yazanlara borcludur. Bu baxımdan həmin gecəni də unutmağa, unutdurmağa haqqımız yoxdur” fikrini xüsusi vuqğulayıb.

Tarix üzrə elmlər doktoru Məhərrəm Zülfüqarlı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecənin başvermə səbəbini tarixi xronoloyi ardıcıllıqla incələyib. Qanlı, lakin şanlı, qürur duyulası tarix olduğunu bildirib.

Qeyd edək ki, ATMU-da keçirilən anım tədbiri 20 Yanvara həsr olunan videoçarxın nümayişi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə