Füzuli Dövlət Dram Teatrında Abdulla Şaiqin "Bir saat xəlifəlik" tamaşasına ictimai baxış olub. Teatrdan SİA-ya bildirilib ki, teatrın baş rejissoru, Əməkdar artist Asif Şirinovun quruluşu əsasında hazırlanan tamaşanın quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada əsas rollarda Nicat Süleymanzadə, Elçin Məmmədov, Qaçaq Qarayev, Sehran Xanlarov, İntizar Quliyeva, Sevinc Məmmədova və başqaları iştirak edib.
Tamaşa füzulili teatrsevərlər tərəfindən maraqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB