Ümumdünya Mədəniyyətlərarası dialoq Forumuna həsr olunan məqalələr müsabiqəsi elan edilib
Mədəniyyət və Turizm Nazirliyi cari ilin 7-9 aprelində Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası dialoq Forumuna həsr olunan məqalələr müsabiqəsini elan edib. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.
Məlumata görə, məqalələr "Azərbaycan – mədəniyyətlərarası dialoq məkanı" mövzusuna həsr olunmalı və cari ilin 29 aprel tarixinədək Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunmalıdır. Müsabiqənin şəffaflığını təmin etmək məqsədilə təqdim olunacaq bütün məqalələr Ümumdünya Mədəniyyətlərarası dialoq Forumuna həsr olunan saytda (www.bakuforum-icd.az) yerləşdiriləcək.
Müsabiqə qaliblərinə müvafiq olaraq I yerə görə - 1500 manat, II yerə görə - 1000 manat və III yerə görə - 500 manat məbləğində mükafatlar təqdim olunacaq.
Müsabiqə ilə əlaqədar əlavə məlumatların öyrənilməsi Mədəniyyət və Turizm Nazirliyinin Elmi-metodiki sektorunun müdiri Asif Usubəliyev ilə 493 42 94 telefon nömrəsi vasitəsilə mümkündür.
Məqalələr [email protected] elektron ünvanına təqdim olunmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB