Azərbaycanın “Euovision-2011”dəki təmsilçilərinin səhnə adları dəyişdirilib - FOTO

Azərbaycanın “Euovision-2011”dəki təmsilçilərinin səhnə adları dəyişdirilib - FOTO
Azərbaycanı "Euovision-2011" mahnı müsabiqəsində təmsil edəcək ifaçıların səhnə adları dəyişdirilib. SİA-nın məlumatına görə, bir müddət əvvəl Eldar Qasımov və Nigar Camalın Ell&Nikki adı altında çıxış edəcəyi müəyyənləşdirilmişdi. Ancaq təmsilçilər onlara verilən səhnə ləqəbi ilə deyil, öz adları - Eldar&Nigar adı altında çıxış edəcəklər.

Qeyd edək ki, 56-cı "Eurovision" mahnı müsabiqəsi Almaniyanın Düseldorf şəhərində keçiriləcək. Mayın 10-da və 12-də yarımfinallar, 14-də isə final olacaq. Azərbaycan təmsilçiləri mayın 10-da keçiriləcək I yarımfinalda səhnəyə çıxacaqlar. Eldar və Nigar "Fortuna Arena"da "Running Scared" mahnısını ifa edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə