Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialının əməkdaşları qış tətilində asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə 246 nömrəli tam orta məktəbin şagirdləri ilə birlikdə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına ekskursiya təşkil ediblər.
İdarədən SİA-ya bildirilib ki, ekskursiya zamanı kitabxana əməkdaşları A.S.Puşkinin "Yatmış şahzadə və yeddi pəhləvan" tamaşasına baxıblar. Tamaşanı maraqla izləyən şagirdlər sonda aktyorlarla tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB