Qax Dövlət Kukla Teatrında yeni tamaşalar hazırlanacaq

Qax Dövlət Kukla Teatrında yeni tamaşalar hazırlanacaq

Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş repertuar plana əsasən, 2020-ci ildə Qax Dövlət Kukla Teatrında dörd yeni tamaşa hazırlanacaq. Teatrdan SİA-ya bildirib ki, bu il teatrın səhnəsində “Turp” rus xalq nağılı, həmçinin Xanımana Əlibəylinin “Meşə həkimi”, fransız yazıçısı Şarl Peronun “Yatmış gözəl” və rus yazıçısı Pavel Morozovun “Yırtıcı dovşan” əsərləri tamaşaya qoyulacaq.

Yaradıcı kollektiv “Turp” tamaşası üzərində məşqlərə yaxın günlərdə başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə