“YARAT” Müasir İncəsənət Mərkəzində “Enuement” monotamaşası nümayiş olunacaq
Yanvarın 7-də “YARAT” Müasir İncəsənət Mərkəzində rejissor Luiza Eirin “Enuement” monotamaşası nümayiş olunacaq.
SİA xəbər verir ki, “Enuement” termindir və keçmişə qayıdaraq özünlə söhbət etmək deməkdir. Tamaşada rejissor Luiza Eir aktyor həyatının gizli tərəflərini göstərməyə çalışır.
Hamımız bəzən keçmişə qayıtmaq və gələcəkdə buraxacağımız səhvlərdən xəbərdar olmaq istəyirik. Səhnə əsəri paxıllıq və şöhrətpərəstlikdən yan keçmək, gələcək zəfərlərdən bəhs edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB