Bildiyiniz kimi, 2020-ci ilin gəlişinə saylı günlər qalıb. SİA-nın məlumatına görə, ölkəmizin hər yerində olduğu kimi, paytaxt Bakımızda da 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişinə böyük həvəslə hazırlaşır.
Yeni ilin gəlişi ilə əlaqədar paytaxtın mərkəzi küçə və prospektləri, park və xiyabanları bayramsayağı bəzədilib. Hər tərəfdə hündür yolka (küknar) ağacları qurulub, ictimai binaların və evlərin fasadları, eyvanlar bayram libasına bürünüb. Şəhərin gecə görüntüləri xüsusilə cəlbedicidir. Hər tərəf rəngbərəng işıqlara qərq olub, küçələrin kənarındakı küknar ağacları al-əlvan bayram oyuncaqları ilə bəzədilib.
Şəhərin mərkəzi meydanlarında qurulan hündür yolka ağacının ətrafında artıq Şaxta baba da gözə dəyir. O da böyük həvəslə Yeni il şənliklərinin başlanmasını gözləyir.
Bütün bunlar paytaxt sakinləri ilə yanaşı, Bakıya üz tutan minlərlə qonağın zövqünü oxşayır.
Bayram əhval-ruhiyyəli şəkilləri təqdim edirik:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB