"Arşın mal alan" tamaşasının möhtəşəm nümayişi baş tutub FOTOLAR
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan" tamaşasının möhtəşəm nümayişi baş tutub. SİA-nın məlumatına görə, anşlaqla keçən tamaşada tanınmış dövlət xadimləri, mədəniyyət və elm, yaradıcı ziyalılar və gənclərin nümayəndələri iştirak edib.
Artistlərin parlaq oyunu, gözəl dekorasiya və səhnə kostyumları tamaşanı daha baxımlı və maraqlı edib. Tamaşa boyu zalda əyləşənlər musiqinin taktına uyğun olaraq iştirakçıları öz alqışları ilə müşayiət edilər.
Tamaşada əsas partiyalarda Xalq artistləri Azər Zeynalov (Əsgər), Gülyaz Məmmədova (Telli), Əməkdar artistlər İnarə Babayeva (Gülçöhrə), Səbinə Vahabzadə (Asya), Gülüstan Əliyeva (Xala), Cahangir Qurbanov (Soltan bəy), Tural Ağasıyev (Süleyman), Ələkbər Əliyev (Vəli) yüksək professionallıq nümayiş etdiriblər.
Tamaşanı Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB