Bu, bir faktdır ki, mədəniyyətimizin təbliğ və təqdim olunmasında milli rəqs qruplarının özlərinə məxsus rolları var. Elə bu yaxınlarda Gürcüstanın Barjomi şəhərində müxtəlif millətlərin rəqs qruplarının iştirakı ilə keçirilən festivalda Azərbaycanın "COŞQUN" milli rəqs qrupu ölkəmizin mədəniyyət tarixinə növbəti uğurlu imzasını yazıb.
Rusiya, Orta Asiya, Gürcüstan rəqs qruplarının iştirak etdiyi festivalda "COŞQUN" milli rəqs qrupunun rəqqasları "Mirzeyi" rəqsi ilə tamaşaçıların və münsiflərin rəğbətini qazanıblar. Qrupun üzvü Bağırzadə Mələk Elşən qızı mükafatçılar sırasında olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB