Zaqatala Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq Teatrının kollektivi ənənəyə uyğun olaraq Yeni il bayramı günlərində uşaqları yenə də maraqlı proqramla sevindirəcək. Nazirlikdən SİA-ya verilən xəbərə görə, “Nağıl boxçası” adlanan tamaşa üzərində məşqlər artıq başa çatıb və dekabrın 29-dan etibarən uşaqlara təqdim olunacaq.
Əməkdar mədəniyyət işçisi Bayram Qurbanovun quruluş verdiyi tamaşada rolları Kənan Şəkərov, Nazən Bulacova, Aysel Yusubova, Töhfə Paşayeva və Şahin İsayev oynayacaqlar. Tamaşanın rəssamı Çingiz Məmmədovdur. “Nağıl boxçası”na Qoğal”, “Cırtdan” və “Yaşıl işıq” nağılları daxildir.
Mədəniyyət Mərkəzində Yeni il şənlikləri yanvarın 6-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB