ABŞ Azərbaycanlıları Novruz bayramı münasibəti ilə şənlik keçiriblər
Vaşinqtondakı Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi martın 20-də Merilend ştatının Rokvill şəhərində yerləşən "Qlenvyu" Mədəniyyət Evində Novruz bayramı münasibəti ilə şənlik keçirib. SİA-nın xəbərinə görə, üç yüz nəfərədək həmvətənimizin toplaşdığı bu bayram tədbiri əməlli-başlı el şənliyinə çevrilib. Soydaşlırımız Vətəndən uzaqda yaşasalar da, Azərbaycan xalqının əziz bahar bayramını şəkərbura, paxlava və s. nemətlərimizlə bəzədilmiş xonçalar, bayram tonqalı ilə qarşılayıblar. Azərbaycanın ləziz xörəklərindən ibarət süfrə araxasına toplaşan Amerika azərbaycanlıları doğma adət-ənənələrimizi xatırlamış, bu mirası gənc nəslə ötürməyin vacibliyindən danışıblar.
Novruz bayramı şənliyində ABŞ-ın "İpək Yolu" Rəqs Ansamblı qonaqlar qarşısında Azərbaycan milli rəqsləri ilə çıxış edib. İmamyar Həsənov isə kamancada Azərbaycan xalq və bəstəkar musiqi nömrələri ifa edərək qonaqları sevindirib. Şənlik bayram tonqalı ətrafında yallı rəqsi ilə başa çatıb.
Tədbirdə Azərbaycan və ABŞ bayraqları dalğalandırlıb. Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev həmvətənlərimizə Azərbaycan hökuməti adından Novruz təbriklərini çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB