Nazir: “Tiflisdəki Nərimanovun ev muzeyi hələlik bərpa olunmayıb”

Nazir: “Tiflisdəki Nərimanovun ev muzeyi hələlik bərpa olunmayıb”
Tiflisdəki Nərimanovun ev muzeyi hələlik bərpa olunmayıb. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

O qeyd edib ki, muzeyin bərpası üçün hal- hazırda Gürcüstanın Mədəniyyət Nazirliyinə təqdim edəcəyimiz müqaviləni dəqiqləşdiririk: "İnşaat işlərinin gedişi bir qədər ləngiyib. Lakin biz tam əminik ki, Gürcüstan tərəfi bizə verdiyi təminatları yerinə yetirəcək və Tiflisdə bu region bərpa olunduqdan sonra Nəriman Nərimanovun ev muzeyi öz işini yenidən bərpa edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə