Əbülfəs Qarayev: “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək Avropa ölkələrinin nümayəndələri bəlli olub”

Əbülfəs Qarayev: “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək Avropa ölkələrinin nümayəndələri bəlli olub”
Aprelin 7-dən 9-na kimi Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək Avropa ölkələrinin nümayəndələri bəlli olub. SİA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açıqlamasında bildirib.

Nazir qeyd edib ki, qitənin beşindən rəsmi olaraq təsdiqlənib ki, forumda hansı nümayəndələr olacaq: "Buna görə də bu forum üçün çox ciddi hazırlıqlar görürük. Azərbaycan mədəniyyətini dünya miqyasında tanıtmaq üçün bu forumun keçirilməsi olduqca vacibdir".

Məlumat üçün bildirək ki, forumun sənədlərinin müzakirəsi, iştirakçıların tərkibinin dəqiqləşdirilməsi, proqramın və sessiyaların müzakirə mövzularının hazırlanması və digər məsələlər barədə müzakirələrin aparılması məqsədilə YUNESKO, Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı, AŞ-nın Şimal-Cənub Mərkəzinin ümumi razılığı ilə cari ilin 27-28 fevralında Parisdə İşçi qrupun yekun iclası keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə