AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) və Abdulla Şaiqin mənzil-muzeyi görkəmli şair, dramaturq və pedaqoq Abdulla Şaiqin yaradıcılığına dair fondlarını elektron kataloq və bazada birləşdirərək mübadilə ediblər. SİA-nın məlumatına görə, bazada 100-dən artıq kitab və 50-dən çox məqalə yer alır.
Bu münasibətlə keçirilən tədbirdə Abdulla Şaiqin mənzil-muzeyinin direktoru, yazıçının nəvəsi Ülkər Talıbzadə rəqəmsal sənədlərin şairin əsərlərinin gələcək nəsillər üçün qorunub saxlanılması işində əhəmiyyətindən danışıb. O, kitabxana ilə muzey arasında əlaqələri yüksək qiymətləndirib.
MEK-in direktoru Leyla İmanova isə çıxışında rəqəmsallaşdırılmış sənədlərin kitabxananın Milli Rəqəmsal Yaddaş bazasında 20 minə yaxın sənəd arasında yer aldığını və mühafizə olunduğunu deyib.
Daha sonra mənzil-muzey tərəfindən tərtib olunmuş “İbrət və müqabilə, yaxud ümmətlər ixtilafı”, “Əgər Şaiq olmasaydı” və “Kamal Talıbzadə. Kübarlıq məktəbi” kitabları MEK-ə təqdim edilib.
Sonda qonaqlar kitabxana-xidməti və rəqəmsallaşdırma şöbələrinin fəaliyyəti ilə yaxından tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB