Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Menecment kafedrasının müdiri, dosent Arzu Hüseyn və kafedranın müəllimi Ühəyna Valehzadə Türkiyə Respublikasının Ərzurum şəhərindəki Atatürk Universitetinin təşkil etdiyi “I Beynəlxalq Kış Turizmi”adlı konfransın iştirakçısı olublar.
SİA-nın məlumatına görə, beynəlxalq konfransda Türkiyənin və digər Avropa ölkələrinin çoxsaylı universitetlərindən qatılan nümayəndələr fərqli mövzularda məruzələrlə çıxış ediblər. Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əməkdaşları A.Hüseyn və Ü.Valehzadənin “Azerbaycan'ın kış turizm potansiyelinin swot analizi ile değerlendirilmesi” adlı məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb. ATMU təmsilçiləri bildiriblər ki, səfər çərçivəsində TUADER başkanı, professor Muharrem Tuna ilə görüşüblər.Söhbət əsnasında universitetlərarası əməkdaşlıq,qarşılıqlı xidmət mübadilələri və sair diqqətçəkən məsələlər müzakırə edilib. Tədbirin sonunda iştirakçılar xatirə şəkilləri çəkdiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB