Yunus Oğuzun "Səfəvi Şeyxi" tarixi romanının müzakirəsi keçirilib FOTOLAR
Bu gün Azərbaycan Yazıçılar Birliyində yazıçı-publisist-dramaturq Yunus Oğuzun "Səfəvi Şeyxi" tarixi romanının müzakirəsi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözu ilə yazıçı-publisit -dramaturq Yazıçılar Birliyinin üzvü Elçin Hüseynbəyli açıq elan edib.
Tədbirdə çıxış edən yazıçı Anar Rzayev bildirib ki, Yunus Oğuz tək Azərbaycanın tarixini deyil, bütün türk dünyası tarixinə müraciət edir. Səfəvilər dövlətinin yaranmasından əvvəl onun ideologiyasının yarandığı bildirilir. Burada da Səfəvi dövlətinin ideoloji əsaslarının təbliği əsas göstərilir.
Tədbirdə çıxış edən, yazıçı, jurnalist, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, Rəşad Məcid qeyd edib ki, Yunus Oğuz Azərbaycanın, eləcə də Türk tarixi ilə bağlı yazdığı əsərlər hər kəsin diqqət mərkəzində olub. Həmçinin “Nadir Şah” romanın Yunus Oğuzun bədii yaradıcılığında mühüm rol oynadığını qeyd edib.
Tədbirdə digər çıxış edənlər də, kitab haqqında fikirlərini bildiriblər.
Yunus Oğuz kitabın təqdimatı ilə bağlı jurnalistlərə açıqlama verib. O, bildrib ki, “Səfəvi Şeyxi” taixi romanı Azərbaycanın Şeyx Səfiyəddindən başlamış, Şeyx Cüneydə kimi olan bir dövrü əhahə edir. İlk növbədə 1501-ci ildə hakimiyyətə gələn Şah İsmayıl üçün ideoloji zəmn hazırlanan bir dövrdür. Eyni zamanda, bu roman təkcə tarixi hadisələrlə deyil, düzdür, tarixi hadisələr çoxluq təşkil edir, həm Qaraqoyunlulardan, Ağqoyunlulardan, həm Əmir Teymurdan söhbət gedir. Həmin dövrdə Şeyx Cüneydin dövrünə qədər yaşamış bütün hökmdarlardan bəhs edilir. Burada əsas məqamlardan biri də odur ki, Şeyx Səfinin də olduğu sufiliyin əsasları verilir. Bu roman həm də onunla məşhurdur ki, Şeyx Cüneyd ilk dəfə şiyəliyə keçir və bu şiyəlikdə Şah İsmayıl üçün ideoloji əsas olur və şiyə dövləti yaradır.
Tarixi janrda yazdığı romanlar sırasında 10-cu roman olduğunu vurğulayan yazıçı, yeni tarixi romanların yazılması üçün potensialının olduğunu da diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə