İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş elmi-nəzəri konfrans FOTOLAR
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) görkəmli şair İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransın açılışını BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli edib.
Konfransda BMA-nın “Humanitar elmlər” kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Tərlan Quliyevin “Nəsimi yaradıcılığında hürufilik”, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadənin “Nəsimi – Əruz vəznində musiqi və rəqs”, dosent Mehriban Cavadovanın “Nəsimi yaradıcılığında kamil insan”, müəllim İlkinə Eminovanın “Nəsiminin həyat və yaradıcılığı” mövzularında məruzələri dinlənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB