Vətənpərvər mahnıların məşhur ifaçısı Əhmət Şəfəq bugünkü konsertlə bağlı mətbuat konfransı keçirib - FOTO
Bu gün Türkiyənin tanınmış müğənnisi, vətənpərvərlik mövzusunda mahnıların ifaçısı Əhməd Şəfəq Heydər Əliyev Sarayında solo-konsert proqramı ilə çıxış edəcək. SİA-nın məlumatına görə, konsertlə bağlı müğənni mətbuat nümayəndələri ilə görüşüb.
Mətbuat konfransında çıxış edən "Kaspi" təhsil mərkəzinin direktoru Sona Vəliyeva Əhməd Şəfəqin Azərbaycana olan məhəbbətini yüksək qiymətləndirdiyini deyib: "Mən Əhməd Şəfəqi müğənnilikdən əlavə, çox gözəl bir yazar, iti qələmə sahib olan duyğulu bir insan kimi tanıyıram. Onun bütün kitablarını oxumuşam və incələmişəm. İnsanda çox şey ola bilər - milli qeyrət, milli düşüncə... Çox uzağa gedə bilərik. Ə.Şəfəq bütün sadaladıqlarımın fövqündə durur".
Ə.Şəfəq çıxışında Sona Vəliyevaya, eyni zamanda mənəvi anası hesab etdiyi Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlıya təşəkkür edib.
Məlumat üçün bildirək ki, bugünkü konsertdə Əhməd Şəfəq 24 mahnı ifa edəcək və yeni diskindən parçalar səsləndirəcək. Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva da konsertdə çıxış edəcək. Onunla birgə iki duet səsləndirəcəklər.
Əhməd Şəfəqin konsertinə Türkiyədən də qonaqlar gəliblər. Türkiyənin "Sky TV" telekanalından proqramçı Mətin Özkan, "Beyaz TV"dən proqramçı Nuriyyə Atabəy, "FOX TV"nin genəl yayım yönətməni Doğan Şəntürk, "Milliyət" qəzetinnin köşə yazarı Mehmet Tezkan, "Bengütürt TV" telekanalının genəl yayım yönətməni Murat İde, "Orta Doğu" qəzetinin genəl yayım yönətməni Mehmet Müftüoğlu konsertlə bağlı Bakıya gəliblər.
Türkiyənin "Sky" Televiziyası və Azərbaycandan isə "Xəzər TV" tərəfindən konsert lentə alınacaq.
Novruz bayramı ərəfəsində baş tutacaq xeyriyyə konsertindən əldə olunan pul vəsaiti xeyriyyə məqsədlərilə xərclənəcək.
Bu, Əhməd Şəfəqin Bakıda verəcəyi sayca üçüncü konsertidir. 2007-ci ildə Heydər Əliyev Sarayında keçirdiyi konsertdən əldə olunan pul vəsaitini Əhməd Şəfəq Milli Ordumuzun hesabına keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB