Muğam Mərkəzində bu dəfə kamançadan danışılacaq

Muğam Mərkəzində bu dəfə kamançadan danışılacaq

Dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzində “Kamançanın əmsallarının, kamança ailəsinin və kamanlı alətlərin ölçü sistemlərinin təyin edilməsi” mövzusunda dəyirmi masa təşkil ediləcək. Muğam Mərkəzindən SİA-ya bildirilib ki, tədbir çərçivəsində kamanlı alətlərin ölçü sistemlərinin təyin edilməsi məsələsi müzakirə olunacaq, ölçü sistemlərinə aid kitabça iştirakçılara, o cümlədən bu sahə ilə məşğul olan ustalara təqdim olunacaq. Müzakirələrdə simli alətlər üzrə mütəxəssislər, elm adamları, bu alətlərin ifaçıları və ustalar iştirak edəcək.

Layihənin ideya müəllifi Beynəlxalq Muğam Mərkəzinin direktoru , Xalq artisti Murad Hüseynov, koordinatoru isə filologiya elmləri üzrə fəlsəfə doktoru, tədqiqatçı-alim Gülhüseyn Kazımlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə