Bu gün Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində "Açdı çiçək, gəldi yaz" adlı tədbir keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd Novruz sevincini tamaşaçılarla bölmək, qədim bayramla bağlı milli adət - ənənlərimizi gənc nəslə aşılayıb, sevdirmək, onu yaşatmaqdan ibarətdir.
SİA-nın xəbərinə görə, tədbirdə balaca tamaşaçılara muzeyin uşaq teatrının ifasında "Qırmızı papaq" və "Tıq-tıq xanım" tamaşası göstərilib. Daha sonra Bülbül adına orta ixtisas musiqi məktəbinin nəzdində fəaliyyət göstərən müğam üçlüyünün ifasında xalq mahnıları və 189 saylı orta məktəbin "Təbəssüm" uşaq rəqs kollektivinin ifasında milli rəqslər təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB