“YARAT” Müasir İncəsənət Mərkəzində “Yeni ilə az qalıb” adlı filmin premyerası keçirilib

“YARAT” Müasir İncəsənət Mərkəzində “Yeni ilə az qalıb” adlı filmin premyerası keçirilib

“YARAT” Müasir İncəsənət Mərkəzində Rusiya istehsalı olan “Yeni ilə az qalıb” adlı filmin premyerası keçirilib.

SİA xəbər verir ki, xronometrajı 87 dəqiqə olan ekran əsərinin quruluşçu rejissoru Aleksey Bajanov, ssenari müəllifi Tatyana Vinoqradovadır.

Filmdə rollara aktyorlar Tatyana Vinoqradova, Svetlana Bolşakova, Konstantin Adayev, Aleksey Markov, Aleksey Bajanov, Anastasiya Karaçevskaya, Denis Boyereviç, Anna Levanova və başqaları çəkilib.

Film rus dilində nümayiş edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə