İraq türkmən musiqiçilərinin konserti keçirilib

İraq türkmən musiqiçilərinin konserti keçirilib
Bu gün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində "Muğam aləmi" II Beynəlxalq muğam festivalı çərçivəsində İraq türkmən musiqiçilərinin konserti keçirilib. SİA-nın məlumatına görə, İraqın "Anğam Al Rafidain" ansamblının çıxışı maraqla qarşılanıb. Ansamblın solisti Məhəmməd Rauf Dərzidir.

Konsertdə İraq muğamı, milli mahnı-xoyrat, türkməncə Qarabağ haqqında mahnı, "Nəhamət" muğamı və ərəb dilində "Bağdad" muğamı ifa edilib.

Əsası 1996-cı ildə qoyulan ansambl İraqda və onun hüdudlarından kənarda bir çox festivallarda iştirak edib.

Konsertdə Bakı şəhər musiqi ictimaiyyətinin nümayəndələri, Misir Ərəb Respublikasının, İraqın, Fələstin Muxtariyyətinin və Qətərin ölkəmizdəki səfirləri iştirak ediblər.

Qeyd edək ki, konsert maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə