Beynəlxalq Muğam Mərkəzinin “Aşıq musiqisi axşamları” layihəsi davam edir. SİA-nın məlumatına görə, layihə çərçivəsində 29 dekabr saat 19:00-da “Azərbaycan qadın aşıqları” silsiləsindən “Aşıq Pəri məclisi”nin konserti təqdim olunacaq. Tədbir “Aşıq Pəri məclisi”nin yaradıcısı mərhum şairə Narınc Xatunun yaradıcılığına həsr olunub.
Qeyd edək ki, BMM-nin “Aşıq musiqisi axşamları” layihəsinin əsas məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB