Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqi zalında “Azərbaycan vokalçıları” festivalı çərçivəsində növbəti konsert proqramı təqdim edilib. SİA-nın məlumatına görə, konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndiriblər.
Konsert musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, ilk dəfə keçirilən festivalın ideya müəllifi və bədii rəhbəri “Mədəniyyət" kanalının direktoru Ramil Qasımovdur. Festival dekabrın 24-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB