“İlyas Əfəndiyev. Şeirə sığmayan ömür” kitabının təqdimat mərasimi keçirilib
Bu gün Muzey Mərkəzində XX əsr Azərbaycan ədəbiyyatının klassiki, xalq yazıçısı İlyas Əfəndiyevə həsr olunan "İlyas Əfəndiyev. Şeirə sığmayan ömür" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, xalq şairi Fikrət Qoca və tanınmış elm, ədəbiyyat və mədəniyyət xadimləri iştirak ediblər.
İlk olaraq çıxış edən mədəniyyət və turizm naziri Ə. Qarayev bildirib ki, "İlyas Əfəndiyev. Şeirə sığmayan ömür" kitabında adından göründüyü kimi, unudulmaz yazıçıya həsr olunmuş şeirlər, tanınmış şəxslərin ürək sözləri və qiymətli fotoşəkillər yer alıb. Kiatbda yer alan şeirlərdə İlyas Əfəndiyev sənətinə, şəxsiyyətinə dərin ehtiram və məhəbbət ifadə olunub: "Yazıçının parlaq poetik obrazını tamamlamaq məqsədi ilə kitaba fotoşəkillərlə yanaşı rəssamların bu mövzuda çəkdiyi illüstrasiyalar, teatr eskizləri, digər bədii rəsm və foto nümunələri də daxil edilib. Mədəniyyət və Turizm Nazirliyinin nəşr layihəsi olan "İlyas Əfəndiyev. Şeirə sığmayan ömür" kitabı "Təhsil" nəşriyyatında nəfis tərtibatla çap olunub. Kitabın tərtibçisi və redaktoru Günay Əfəndiyevadır".
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin İlyas Əfəndiyev barədə dəyərli fikirləri ilə açılan kitabda tərtibçi-redaktor Günay Əfəndiyevanın ön sözü, xalq yazıçısı Elçinin "Şeirə sığmayan ömür" məqaləsi yer alıb.
Kitabda həmçinin Qabil, Nəriman Həsənzadə, Fikrət Qoca, Zəlimxan Yaqub, Ramiz Rövşən, Tofiq Nurəli və başqa şairlərin qələmə aldığı şeir nümunələri də toplanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB