“Dahilər dövrümüzdə” adlı ədəbi-bədii gecə təşkil edilib

“Dahilər dövrümüzdə” adlı ədəbi-bədii gecə təşkil edilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mərdəkan Mədəniyyət Sarayında “Dahilər dövrümüzdə” adlı ədəbi-bədii gecə keçirilib. İdarədən SİA-ya bildirilib ki, tədbirdə şairə, publisist Gülarə Munisin ssenarisi əsasında "Dahilər dövrümüzdə" adlı səhnəcik tamaşaçılara təqdim olunub.

Tədbirin əsas məqsədi dahiləri gənclərə tanıtmaq və sevdirmək, böyüməkdə olan nəslin ədəbiyyata, incəsənətə daha çox marağının artırılmasıdır.

Gecədə tədqiqatçı alim Hacı Soltan Əlizadə, tarix elmləri doktoru, professor Şahin Fazil və digərləri çıxış edərək gənc nəslə böyük şəxsiyyətlərimizin tanıdılmasında bu cür tədbirlərin mühüm rol oynadığını qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə