“Yaradıcı sənaye və regional inkişaf perspektivləri” mövzusunda görüş keçirilib

Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində “Yaradıcı sənaye və regional inkişaf perspektivləri” mövzusunda Xaçmaz mədəniyyət işçilərinin iştirakı ilə geniş müşavirə keçirilib. Mədəniyyət Nazirliyindən SİA-ya bildirlib ki, müşavirəni giriş sözü ilə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev açaraq dekabrın 9-da Bakı Konqres Mərkəzində “Kreativ Azərbaycan” portalının (creative.az) təqdimatı və “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda keçirilmiş forum haqqında məlumat verib. Bildirib ki, portalda müxtəlif növ xəbərlər, tədbirlər, bu sahədə fəaliyyət göstərən şirkətlər və s. haqqında məlumatlar əks olunub. Həmçinin yaradıcı sənaye iştirakçılarının şəbəkələşməsinə dəstək verəcək nüanslar nəzər alınıb. İdarə rəisi yaradıcı və istedadlı şəxslərin aşkar edilərək onlara lazımi dəstəyin göstərilməsinin və onların tanıdılmasının vacibliyini vurğulayıb.

Daha sonra Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzinin direktoru Aqil Əlisultanov və Xaçmaz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Azad Əlifxanovun mövzu ətrafında məruzələri dinlənilib.

Sonda idarə rəisi mədəniyyət müəssisələrində iş fəaliyyətinin daha da yaxşılışdırılması, işin günün tələbləri səviyyəsində qurulması və digər məsələlər üzrə müvafiq tövsiyə və tapşırıqlarını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...