Azərbaycanlı gənc aktyor “32-nd Annual Young Artist Awards” mükafatının laureatı elan edilib

Azərbaycanlı gənc aktyor “32-nd Annual Young Artist Awards” mükafatının laureatı elan edilib
Azərbaycanlı gənc aktyor Timur Oduşev "32-nd Annual Young Artist Awards" ("Hollivudun gənc istedadları") mükafatının laureatı elan edilib. "Nərimanfilm" Kinostudiyasından SİA-ya verilən məlumata görə, o bu mükafata "Sahə" filmindəki Qərib roluna görə layiq görülüb.

Mükafatlandırma mərasimi Hollivudda bu günlərdə keçirilib. Tədbirdə Timur Oduşevlə yanaşı, filmin quruluşçu rejissoru İlqar Safat da iştirak edib. "Sahə" filmi ABŞ-ın Los-Anceles şəhərində "Oskardan öncə" keçirilən film baxışları çərçivəsində nümayiş olunub və Timur Oduşevin namizədliyi Hollivudun xarici mətbuat nümayəndələrinin qərarı ilə irəli sürülub. Bu nominasiyada Rusiya, Fransa, İsveç, İspaniya, Kanada, Fransa, Hollandiya və Braziliya filmləri iştirak edib.

Beynəlxalq münsiflər heyətinin qərarı ilə "32nd Annual Young Artist Awards"ın ən yaxşı gənc aktyoru Timur Oduşev elan olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə