Dövlət Kino-Foto Sənədləri Arxivinə yeni saxlama vahidləri təqdim edilib

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) tərəfindən 229 saxlama vahidi fotosənəd, 1 saxlama vahidi kinosənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.

Milli Arxiv İdarəsindən SİA-ya bildirilib ki, qəbul edilən sənədlər dövlət müstəqilliyi illərində ADAU–nun ümumi fəaliyyətini, o cümlədən onun elm və tədris mühitini, dövlət vəsaiti hesabına əsaslı şəkildə yenidən qurulan maddi – texniki bazasını, tədris korpuslarını, inzibati binasını, tələbə yataqxanalarını, tədris – təcrübə bazasını, müəllim – professor, tələbə heyətini, aqronomluq, aqrotexnika, baytarlıq, iqtisadiyyat, mexanizasiya fakültələrinin fəaliyyətini, universitetin laboratoriyalarını, kafedralarını, maşın – traktor parkını, idarə olunmasını əks etdirir.

Hazırda arxivdə qəbul olunmuş sənədlərin Milli Arxiv fondunun tərkibinə daxil edilməsi rəsmiləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...