Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş konsert olub

Milli İncəsənət Muzeyində Xocavənd rayonunun Tuğ kənd Uşaq Musiqi Məktəbinin şagirdlərinin iştirakı ilə "Dünya Azərbaycanlılarının həmrəylik günü" nə həsr edilmiş “Həmrəy olaq” adlı konsert proqramı təqdim edilib. SİA-nın məlumatına görə, Xocavənd Rayon İcra Hakimiyyəti və Kürdəmir Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə reallaşan konsert Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunub. Tədbiri giriş sözü ilə açan musiqi məktəbinin direktoru Səadət Cavadova Xocavənd rayonu haqqında qonaqlara geniş məlumat verib.

Daha sonra konsert proqramı təqdim olunub. Konsertdə məktəbin şagirdləri vətənpərvərlik mövzusunda bir sıra ifalar təqdim ediblər. Konsert çərçivəsində Faiq Sücəddinov, Səid Rüstəmov, Tofiq Quliyev, Elza İbrahimova, Arif Məlikov, Emin Sabitoğlu və Hökümə Nəcəfovanın yaradıcılığına müraciət olunub.

Bir-birindən maraqlı ifaların təqdim olunduğu konsert maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...