Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Ə.Sabir adına Bülbülə qəsəbə Mədəniyyət evi Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Əbədiyyətə qovuşan ömür” adlı tədbir təşkil edib. SİA-nın məlumatına görə, dövlət himni səsləndirildikdən sonra Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin məsləhətçisi Nazim Fətullayev çıxış edərək Ümummilli Liderin ömür yolu və siyasi fəaliyyətindən söhbət açıb.

Sonra Mədəniyyət evində fəaliyyət göstərən bədii-qiraət dərnəyinin üzvləri şeir kompozisiyaları ilə çıxış ediblər.

Sonda Ulu Öndərin həsr olunan videoslayd nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə