Əməkdar artist Gülyanaq Məmmədova son vaxtlar bacısı Gülyazla sənət yollarını ayırdığı barədə xəbərlər yayıldığını və bundan narahat olduğunu deyib. SİA-ya açıqlama verən müğənni səhnədən uzaqlaşmaq ehtimalı olduğunu da gizlətməyib: "Bizim də düşmənlərimiz çoxdur, sən demə bundan xəbərsizik. Haqqımızda yalan məlumatlar yayılır. Hələ ikinci dəfə oğul anası olanda demişdim ki, səhnədən bir az uzaqlaşacağam. O demək deyil ki, sənət fəaliyyətimi bir kənara qoymuşam. Uşaqlarıma kifayət qədər vaxt ayıram. Yoldaşım Ziya isə mənə dəstək verib, yenə də bu missiyasını davam etdirir".
"Deyirlər Gülyazla yollarımızı ayırmışıq. Bu, tamam yalandır. Əti-dırnaqdan necə ayırmaq olar? Bədxahlarımız ürəklərini buz kimi saxlasınlar. İki bacı olaraq, hələ o qədər zirvə fəth edəcəyik ki…".
"Deyirlər Gülyazla yollarımızı ayırmışıq. Bu, tamam yalandır. Əti-dırnaqdan necə ayırmaq olar? Bədxahlarımız ürəklərini buz kimi saxlasınlar. İki bacı olaraq, hələ o qədər zirvə fəth edəcəyik ki…".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB