Kolumbiyanın ölkəmizdəki böyük elçisi ATMU-da

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov Kolumbiya Respublikasının ölkəmizdə fəaliyyət göstərən səfiri, cənab Luis Antonio Dimate Cardenas ilə görüşüb. SİA-nın məlumatına görə, iki ölkə arasında mövcud olan əlaqələrin gündən-günə daha da inkişaf etməsindən məmnunluğunu bildirən rektor İlham Mədətov böyük elçiyə Azərbaycan Turizm və Menecment Universitetinin yaranma tarixi, missiyası, inkişaf istiqamətləri, xarici və müvafiq təşkilatlarla qarşılıqlı münasibətlərin faydalılığı barədə ətraflı məlumat verib.

Qeyd edək ki, görüş əsnasında həm Azərbaycan, həm də Kolumbiya Respublikalarında turizmin müasir vəziyyəti, inkişaf istiqamətləri, problemləri, ikitərəfli əməkdaşlıq perspektivləri,o cümlədən bir sıra diqqətçəkən məsələlər gündəmin əsas müzakirə predmeti olub.

Bütün xəbərlər Facebook səhifəmizdə