MEK-nın əməkdaşları İzmirdə “D-Space” proqramı ilə tanış olublar FOTOLAR

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) bir qrup əməkdaşı Türkiyənin İzmir şəhərində ezamiyyətdə olub. SİA-nın məlumatına görə, “Ezamiyyə müsabiqəsi”nin qalibləri olan əməkdaşlar İzmir Yüksək Texnoloji İnstitutu və İzmir Milli Kitabxanasını ziyarət ediblər. İzmir Yüksək Texnoloji İnstitutunun rektoru Yusuf Barana MEK-in proqramları haqqında ətraflı məlumat verilib və nəticələri müzakirə edilib. İnstituta MEK tərəfindən Nəsimi və Azərbaycanın mədəniyyəti ilə bağlı kitablar hədiyyə edilib.

Daha sonra MEK-in kollektivi institutun kitabxana direktoru Gültəkin Gurdal və əməkdaşları tərəfindən “D-Space” proqramı ilə təlim-seminar formatında tanış olub və İzmir Yüksək Texnoloji İnstitutunun kitabxanasının fəaliyyətini müşahidə edib.

İzmir Milli Kitabxanasının direktoru Ulvi Puğ MEK-in əməkdaşları ilə görüşüb. Sonra kitabxanaya ekskursiya edilib, əməkdaşlara məlumatlar verilib, yeniliklər haqqında söhbət açılıb və Azərbaycanın tarixinə aid kitablar hədiyyə edilib.

Səfərdə MEK-in İnnovasiyaların hazırlanması və tətbiqi bölməsinin rəhbəri Cəmilə Yusifova, Elektron resursların formalaşdırılması şöbəsinin rəhbəri Elmar Quliyev və əməkdaşlardan Rüfət Nuriyev, Elvin Rəsulov, Fidan Mirzəzadə, Gülarə Quliyeva, Kitabxana-xidmət şöbəsinin rəhbəri Aygün Səfərova və kitabxanaçı Əsmər Salalı, iqtisadçı mütəxəssis Hökümə Məmmədova, “Vikipediya” üzrə mütəxəssis Qulamhüseyn Məmmədov iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə