Xalq artisti Qədir Rüstəmovun xatirəsi anılacaq

Dekabrın 14-də Beynəlxalq Muğam Mərkəzində (BMM) Xalq artisti, xanəndə Qədir Rüstəmovun xatirəsi yad ediləcək. Mərkəzdən SİA-ya bildirilib ki, tədbir BMM-nin “Unudulmayanlar” layihəsi çərçivəsində reallaşacaq.

Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları – “Rast”, “Çahargah” lentə alınaraq radionun fondunda saxlanılır. Xanəndənin ifasında “Sona bülbüllər” mahnısı xüsusilə sevilir.

BMM-nin “Unudulmayanlar” layihəsi ənənəsinə uyğun olaraq bu dəfə də xatirələrdə yaşayan xanəndənin ömür və yaradıcılıq yoluna nəzər salacaq.

Qeyd edək ki, layihənin məqsədi Azərbaycan milli musiqisinin yaradılması tarixində əvəzolunmaz rol oynamış görkəmli Azərbaycan mədəniyyət xadimlərinin - bəstəkarların, klassik və muğam ifaçılarının həyat və yaradıcılıqlarına dair axşamların təşkil olunmasıdır.

Biletləri iTicket.az və şəhərin bütün kassalarından əldə etmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...