“ŞAİRƏ İTHAF” adlı açıq respublika rəsm müsabiqəsinin vaxtı uzadılıb
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə elan edilmiş böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş “ŞAİRƏ İTHAF” adlı açıq respublika rəsm müsabiqəsinin vaxtı 2020-ci il aprel ayının 1-dək uzadılıb.
Nazirlikdən SİA-ya verilən xəbərə görə, birinci mərhələdə müsabiqəyə təqdim olunmuş əsərlər 2020-ci ilin aprel ayında keçirilməsi planlaşdırılan sərgidə nümayiş hüququnu qazanıb. Növbəti mərhələdə müsabiqəyə təqdim olunacaq yeni əsərlərə mütəxəssislər tərəfindən baxış keçiriləcək və sərgi üçün seçim aparılacaq. Sərgiyə çıxarılacaq bütün əsərlərə münsiflər heyəti tərəfindən baxılacaq və mükafatların qalibləri müəyyənləşdiriləcək.
Bununla əlaqədar birinci mərhələdə iştirak etmiş rəssamlardan xahiş olunur əsərlərini 2019-cu il dekabr ayının 15-dək Azərbaycan Dövlət Rəsm Qalereyasından təhvil alsınlar.
Qeyd edək ki, müsabiqənin vaxtı 2019-cu il oktyabr ayının 15-də artıq başa çatıb. Müsabiqəyə təqdim edilmiş əsərlərə mütəxəssislər tərəfindən baxış keçirilib. Bu ərəfədə Azərbaycan rəssamlarının çoxsaylı müraciətləri nəzərə alınaraq, bədii cəhətdən daha sanballı əsərlərin yaradılmasına nail olmaq məqsədi ilə müsabiqənin müddəti artırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB