“İstedArt” inklüziv layihəsinin iştirakçıları ilə görüş olub
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazisində yerləşən Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “İstedArt” inklüziv layihəsinin iştirakçıları ilə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə MDB ölkələrinin aparıcı muzeylərinin, ali təhsil müəssisələrinin və özəl sektorun, QHT və xeyriyyə fondlarının nümayəndələri iştirak ediblər.
Qonaqlara “İstedArt” inklüziv layihəsi barədə məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan layihədə müxtəlif internat məktəbləri, sağlamlıq imkanları məhdud və daun sindromundan əziyyət çəkən uşaqlar iştirak edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB