Abşeron rayon musiqi məktəblərinin kollektivləri Gürcüstanda FOTO

Abşeron rayon musiqi məktəblərinin kollektivləri Gürcüstanda FOTO

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin və Qobu qəsəbə Uşaq İncəsənət Məktəbinin kollektivləri Gürcüstan Respublikasında səfərdə olublar. Nazirlikdən SİA-ya verilən xəbərə görə, Gürcüstandakı M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində dahi Azərbaycan şairi İmadəddin Nəsimin anadan olmasının 650 illiyinə həsr olunmuş tədbirdə iştirak edən məktəb şagirdləri xalq mahnı və muğamları ilə yanaşı Nəsimin qəzəllərindən parçalar ifa ediblər.

Səfər çərçivəsində məktəb kollektivləri Tbilisidə keçirilən “Apolon-2019” beynəlxalq festivalına qatılaraq maraqlı konsert proqramı ilə çıxış edib, diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə