“Qulluqçu” tamaşası “YARAT”da nümayiş edilib

“Qulluqçu” tamaşası “YARAT”da nümayiş edilib

“YARAT” Müasir İncəsənət Mərkəzində Jan Jenenin məşhur “Qulluqçu” pyesi əsasında Raulə Turkkanın quruluşunda səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunub. SİA-nın məlumatına görə, tamaşada iki bacının həyatından bəhs olunur. Qulluqçular – Solanj və Kler bacıları öz acı talelərinin öhdəsindən gəlməyə çalışırlar. Onlar öz sahibələrinə qulluq etməkdən yorulublar və həyatlarının qalan hissəsini mətbəxdə keçirmək istəmirlər. Bacılar təkcə öz işlərinə, sahibləri “Madam”a deyil, həm də bir-birlərinə nifrət edirlər. Öz talelərinə nifrət edən qulluqçular, “Madam”ı və ya bir-birlərini “oynamaqla”, bu oyunda öz talelərinin öhdəsindən gəlməyə çalışırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə