Lənkəran teatrı Bakıda “Vəfalı Səriyyə” tamaşası ilə çıxış edib

Noyabrın 27-də Lənkəran Dövlət Dram Teatrının truppası görkəmli dramaturq Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş həftə çərçivəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində ədibin “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş” tamaşası ilə çıxış edib. SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezident Adminstrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin və digər rəsmi şəxslərin iştirak etdiyi və hərarətli tamaşaçı alqışları ilə qarşılanan bu səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı Eldar Salayevdir.

Rolları aktyorlardan Aynur Əhmədova (Səriyyə), Səyad Əliyev (Rüstəm), Xalq artisti Qabil Quliyev (Həmzə), Əməkdar artist Sucəddin Mirzəyev (Səfər), Qızılgül Quliyeva (Çimnaz), Əbülfəz Axundov (Axund), Tərlan Abdullayev (Məhərrəm), Emin Fərzullayev (Qurban), Miraslan Ağayev (Molla Möhsün), Təranə Fərəcova (Hüsniyyə) və Amil İbrahimli (Əsgər) ifa ediblər.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...