“Yalquzaq qayası” kitabının təqdimatı olub

“Yalquzaq qayası” kitabının təqdimatı olub

“Yalquzaq qayası” əsərində ana təbiətlə cəmiyyət arasında oxşarlıq və insan həyatında dərin izlər buraxan hər hansı faciənin bəzən onun taleyini alt-üst edən psixoloji məqamlar qabarıq şəkildə əks olunub. İnsan təbiətin bir hissəsi, onun ən ali üzvüdür. Hər bir insanın mənəviyyatı keçmişinə, kökünə bağlı olduğu kimi, təbiətdə də öz-özünü tənzimləyən, çətin sınaqlardan çıxan canlı varlıqlar mövcuddur. Əsəri oxucuya həyatında mövcud olan mənəvi-əxlaqi dəyərlərin maddi sərvətlərdən, saxta şan-şöhrətdən üstün olduğunu və insandakı özünəinam hissi ilə çətinlikləri dəf etmək keyfiyyətlərini aşılayır.

SİA-nın məlumatına görə, bu fikirlər Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai Rayon MKS-nin mərkəzi kitabxanasında şair Rafiq Akifin “Yalquzaq qayası” adlı kitabının təqdimat mərasimində çıxış edən şairin qələm yoldaşları söyləyiblər.

Bildirilib ki, “Yalquzaq qayası” əsərinin epiloqu, türk dünyasının igidlik, sədaqət, dönməzlik, məğrurluq simvolu olan və ən başlıcası inanc yerimiz kimi başa düşülən Boz qurdların həyatda və tarixdə özünəməxsus yaşam tərzlərinin təsviri ilə başlayır.

Şairin yaradıcılığından söhbət açan natiqlər kitab barədə fikirlərini bölüşüb, ona yaradıcılıq uğurları arzulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə