Azərbaycanın "Как По Маслу"! komandası İsrailin Gülüş Liqasını qazandı FOTOLAR
"Как По Маслу"! Azərbaycan komandası Aşdod şəhərində keçirilən İsrail Gülüş Liqasının ikinci mövsümünün qalibi olub. SİA-nın məlumatına görə, bu Azərbaycanın Gülüş Liqasının beynəlxalq layihəsindəki ilk böyük uğurudur.
Finalda- "Я так и знала" (Hayfa, İsrail)– məşqçi Qleb Timoşenko (Xarkov, Ukrayna) "Сборная разных городов" (İerusalim, Aşdod, Hayfa, İsrail) – məşqçi Aleksandr Stepanenko (Xmelniktskiy, Ukrayna) "Изюмовы" (Kiyev, Poltava, Ukrayna) – məşqçi Sergey Sivoxo (Kiyev, Ukrayna) "Как по маслу" (Bakı, Azərbaycan) – məşqçi Marina Ostrovkaya (Aşdod, İsrail) komandaları iştirak ediblər. Festivalın aparıcıları Aleksandr Androsov və Aleksandr Manayev olublar.
Qeyd etmək lazımdır ki, «Как по маслу» komandası bir il əvvəl Ukraynanın ən reytinqli “1 + 1” kanalında Gülüş Liqası yumor şousunda səyahətə başladı, bu layihədə ilk ölkə təmsilçisi olub və bu gün Azərbaycanı beynəlxalq yumor arenasında təmsil edən yeganə Azərbaycan komandasıdır. Həmçinin Kiyev şəhərində keçirilən “Qış Kuboku”nda komandamız, “Liqa Smexa 2019 Ən yaxşı səhnəciyi” nominasiyası üzrə kubok qazanıb.
Komandanın kapitanı Cavid Şahbazbəyov özünəməxsus formada sevincini sosial şəbəkələrdə bölüşüb: "At ölməyib, at irəlləyir və qazanır! Biz Çempionuq! Biz bunu öz dalğamızda etdik! Bakının məhəllələrindən olan sadə oğlanlar!". Azərbaycan Gülüş Liqasının rəhbəri Cavid Şahbazbəyovun dediklərinə görə uğura aparan yolun çətin və hətta bəzən keçilməz olduğu qələbəni komanda üçün daha şirin və əvəzsiz edib. Komanda olaraq birgə bütün qarşıya qoyulan çağırışlara hazırıq! Komandanın çempion tituluna layiq görülən üzvləri- Səməndər Rzayev, Qalib Musayev, Emil Dalivalov, Tamerlan Nağıyev, Elmir Orucov, Valeh Dayanov.
İlk gündən Final Oil Ticarət Markasıbizə inandı və məhs onların hərtərəfli dəstəyi ilə bizim arzular və uğurlar gercəkləşir. Eyni zamanda Bakı Şəhər Mədəniyyət Baş İdarəsi öz dəstəyini komandamızdаn əsirgəmir. Bizim yanımızda olan, sevincimizi bölüşən hər kəsə Çox sağolun! demək istərdik. Bizə inanın, biz sizin kimi Vətənini sevən gənclərik! Və sonda demək istərdik, Gülüş Liqasına gəlin və hər şey yağ kimi olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB